AZƏRBAYCAN VƏ İORDANİYA ARASINDA MÜDAFİƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna əsasən, 2024-cü il aprelin 14-də Əmman şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.