AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN ALMATI GÖRÜŞÜNÜN VAXTI BƏLLİ OLUB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində görüş mayın 10-da keçiriləcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında məlumat verib.

“Əvvəlcədən edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq”, – deyə Ayxan Hacızadənin paylaşımında qeyd edilib.