AZƏRBAYCAN VƏ ERMƏNİSTAN BİRGƏ SƏRHƏD KOMİSSİYASININ İŞTİRAKÇILARININ PARAMETRLƏRİ BARƏDƏ RAZILIĞA GƏLİB

Azərbaycan və Ermənistan Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəlib.

Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı zamanı bildirilib.

Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.