AZƏRBAYCAN VƏ BELARUS PREZİDENTLƏRİ ŞUŞADA NATƏVANIN, BÜLBÜLÜN VƏ ÜZEYİR HACIBƏYLİNİN İŞĞAL DÖVRÜNDƏ GÜLLƏBARAN EDİLMİŞ HEYKƏLLƏRİNƏ BAXIBLAR

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.