AZƏRBAYCAN VƏ BƏƏ ARASINDA İMZALANMIŞ ANLAŞMA MEMORANDUMU TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən 2022-ci il noyabrın 28-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.