AZƏRBAYCAN VƏ AYİB ARASINDA GƏNCƏDƏ SU TƏCHİZATI VƏ KANALİZASİYA SİSTEMİNİN YENİDƏN QURULMASI ÜÇÜN KREDİT SAZİŞİ İMZALANIB

Yanvarın 22-də Davosda Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi” imzalanıb.

Sazişin imzalanması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşü çərçivəsində baş tutub.

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzaladılar.