AZƏRBAYCAN ÜÇ ERMƏNİ TƏXRİBATÇINI AZAD EDİB – PREZİDENT İLHAM ƏLİYEVİN NÖVBƏTİ HUMANİST ADDIMI

Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq, Azərbaycan Qarabağ müharibəsindən sonra saxlanılan təxribatçı erməni hərbçilərdən üçünü azad edib.

Trend-in əldə etdiyi məlumata görə, yaxın saatlarda həmin şəxslər Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakıdan Yerevana yola salınacaq.

Qeyd olunur ki, azad olunanlar Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin göstərdiyi humanizm müqabilində Ermənistan bu günədək Qarabağda minalanmış ərazilərin xəritəsini verməyib.