AZƏRBAYCAN, TÜRKİYƏ VƏ PAKİSTAN PARLAMENTLƏRİNİN ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIQ PLATFORMASI YARADILIR

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli əməkdaşlıq platforması yaradılır.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Milli Məclisdə keçirilən üçtərəfli görüşündə deyib.

S.Qafarova bildirib ki, bu format çərçivəsində görüşlər keçiriləcək və bu formatın getdikcə daha səmərəli platformaya çevrilməsi ölkələrimiz arasında əlaqələri möhkəmləndrəcək.