AZƏRBAYCAN, TÜRKİYƏ VƏ PAKİSTAN PARLAMENTLƏRİNİN NÖVBƏTİ GÖRÜŞÜ PAKİSTANDA KEÇİRİLƏCƏK

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli formatının növbəti görüşü 2022-ci ildə Pakistanda keçiriləcək.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bu format üç qardaş ölkələr arasında münasibətləri daha da irəli aparacaq. O həmçinin Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları arasında da üçlü formatın yaradıla biləcəyini diqqətə çatdırıb.