AZƏRBAYCAN, TÜRKİYƏ VƏ ÖZBƏKİSTAN ARASINDA DAŞKƏND BƏYANNAMƏSİ İMZALANIB

Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalanıb.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.

“Türk dünyasının rifahını artıracaq, əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq”,- M.Çavuşoğlu yazıb.

Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilir. Görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.