AZƏRBAYCAN, TÜRKİYƏ VƏ GÜRCÜSTAN HƏRBÇİLƏRİNİN BİRGƏ TƏLİMİ BAŞLAYIB

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim oktyabrın 8-dək davam edəcək.