AZƏRBAYCAN, TÜRKİYƏ VƏ GÜRCÜSTAN ARASINDA XÜSUSİ TƏYİNATLI QÜVVƏLƏRİN TƏLİMİNƏ DAİR MEMORANDUM TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Sənədə əsasən, 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu təsdiq edilib.