AZƏRBAYCAN TÜRKİYƏ İLƏ BİRGƏ LAYİHƏLƏRİ MÜZAKİRƏ EDİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüşüb.

Bu barədə nazir məlumat verib.

“Türkiyənin ticarət naziri Mehmet Muş ilə ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğuladıq və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət edən birgə layihələri müzakirə etdik”, – deyə nazir bildirib.