AZƏRBAYCAN-TÜRKİYƏ-GÜRCÜSTAN BİZNES FORUMU KEÇİRİLİR

Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçirilir.

Tədbirin açılış mərasimində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər.

Gürcüstan, Azərbaycan və Türkiyənin ticarət və sənaye palataları arasında memorandumun imzalanması planlaşdırılır.