AZƏRBAYCAN-TÜRKİYƏ BİRGƏ TƏLİMİ – “QARDAŞ YUMRUĞU”

Müdafiə Nazirliyi “Qardaş yumruğu”Azərbaycan-Türkiyə birgə təlimindən yeni görüntülər paylaşıb.

Həmin görüntüləri təqdim edirik.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilib. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib.