AZƏRBAYCAN TAEKVONDOÇULARI BEYNƏLXALQ TURNİRDƏ İKİ MEDAL QAZANIBLAR

Azərbaycan taekvondoçuları Belqradda keçirilən Serbiya açıq çempionatında iki medal qazanıblar.

G2 kateqoriyalı yarışda Taleh Süleymanov (+87 kiloqram) gümüş mükafata sahib çıxıb.

Səyyad Dadaşov (54 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.