AZƏRBAYCAN TƏMSİLÇİSİ VLADİMİR LİTVİNTSEV “PEKİN-2022”DƏ FİNAL MƏRHƏLƏSİNDƏ ÇIXIŞ EDİB

Azərbaycanı “Pekin-2022” Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev kişi idmançıların fərdi yarışlarının final mərhələsində (sərbəst proqram) çıxış edib.

Təmsilçimiz sərbəst proqramda 2-ci qrupda mübarizə aparıb. Hakimlər onun çıxışını 155.04 xalla qiymətləndirib. V.Litvintsev fevralın 8-də kişi idmançıların qısa proqramında 84,15 xal qazanmışdı. Beləliklə, atletimiz “Pekin-2022”dəki mübarizəsini 239.19 xalla başa çatdırıb.

Hazırda kişi fiqurlu konkisürənlərin final yarışı davam edir. 24 idmançının mübarizəsinin yekun nəticələri yaxın saatlarda bilinəcək. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanı “Pekin-2022”də təmsil edən digər idmançı olan fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də mübarizəyə başlayacaq.