AZƏRBAYCAN SÜLHMƏRAMLISI BMT-NİN MEDALI İLƏ TƏLTİF OLUNUB

BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını medalla təltif edib.

Bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyinin Tvitter hesabında qeyd edilib.

Bildirilib ki, mayor İlkin Xəlilov BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə BMT-nın medalı ilə təltif olunub.