AZƏRBAYCAN SAHİLLƏRİNDƏ GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERİB

Xəzər dənizində, Azərbaycan sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Azərbaycanın bir sıra rayonlarında, həmçini paytaxt Bakıda da hiss olunub.