AZƏRBAYCAN-RUSİYA NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN GENİŞ TƏRKİBLİ GÖRÜŞÜ KEÇİRİLİR

Xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter səhifəsində məlumat verilir.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdədir. Geniş tərkibli görüşdən əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı ilə təkbətək görüşü keçirilib.