AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ADMİNİSTRASİYASI: QARABAĞ ERMƏNİLƏRİ BAKIDA GÖRÜŞƏ DƏVƏT EDİLİR

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

Bu barədə Prezident Administrasiyası məlumat yayıb.

“Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur”, – məlumatda deyilir.