AZƏRBAYCAN QRAN-PRİSİ: TRASDA DƏYİŞİKLİKLƏR

Beynəlxalq Avtomobil Federasiyası (FIA) uik-end ərəfəsində ötən illə müqayisədə Bakı trasındakı dəyişikliklərlə bağlı məlumat verib.

16-cı döngədən 13-cü döngəyədək olan hissəyə yeni asfalt döşənib. Pit-leynə girişdən sol tərəfdə maşınlar üçün əlavə giriş yaradılıb, sol tərəfdə çıxışda da ikisi əlavə olunub.

Pit-leyndən çıxışda sağ tərəfdə maşınların girişi üçün və əksinə, 14-cü döngədən sağ tərəfdə girişdə qapılar dəyişdirilib.

Bundan başqa, 11-ci döngənin “zirvə”sində beton divarın yeni əyri elementi quraşdırılıb.

Qeyd edək ki, Formula 1 çempionatı aprelin 28-də start götürəcək, Azərbaycan mərhələsi iki təsnifat və iki yarış yürüşü ilə yeni formatda keçiriləcək.