AZƏRBAYCAN-QIRĞIZ İNKİŞAF FONDU YARADILIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Saziş bu il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.

Bundan başqa Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu da imzalayıb.

Saziş 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.