AZƏRBAYCAN QANUNVERİCİLİYİNDƏ OLAN “LAL-KAR VƏ KOR”, “KƏMAĞILLIQ”, “ŞİKƏSTLİK” SÖZLƏRİ ÇIXARILDI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının məcəllələrinə bir sıra dəyişikliklər edilməsi ilə bağlı qanunu imzalayıb.

Dəyişikliyə əsasən, məcələllərdə mövcud olan bir sıra sözlər digər söz və ifadələrlə əvəz olunub.

“bədən qüsuruna” sözləri “fiziki çatışmazlıq”

“Lal-kar və kor” sözləri “Nitq-eşitmə və görmə qabiliyyəti tam məhdud olan”

“Kor” sözü “Görmə qabiliyyəti tam məhdud”

“qüsurları” sözü “pozuntuları”

“kəmağıllıq” sözü “əqli gerilik”

“şikəstlik” sözü “xəsarət”

“şikəst olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.