AZƏRBAYCAN QADINLARININ VI QURULTAYINDA QƏTNAMƏ QƏBUL OLUNUB

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı başa çatıb.

Azərbaycan Qadınlarının VI Qurultayında qətnamə qəbul olunub.

Sənəd 13 bənddən ibarətdir.

Qətnamədə qeyd edilib ki, qurultayda müəyyən edilən vəzifələrin icrasına nail olmaq məqsədilə müvafiq işçi qrup yaradılmalı və qurultayarası dövrdə onun müntəzəm fəaliyyəti təmin olunmalıdır.