AZƏRBAYCAN QƏTƏR ŞİRKƏTLƏRİNİ QARABAĞA İNVESTİSİYA QOYMAĞA DƏVƏT EDİLİB

Azərbaycan Qətər şirkətlərini Qarabağa investisiya qoymağa çağırıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Tvitter” hesabında paylaşım edib.

Nazir bildirib: “Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşümüzdə ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələri dəyərləndirdik, ortaq maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi apardıq. Səmərəli müzakirələr zamanı Qətər şirkətlərini işğaldan azadolunmuş ərazilərimizə investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsinə dəvət etdik”.