AZƏRBAYCAN PREZİDENTİNİN TÜRKİYƏ YIĞMASINA DƏSTƏYİ QARDAŞ ÖLKƏ MEDİASININ DİQQƏT MƏRKƏZİNDƏ OLUB

Türkiyənin aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsində Türkiyə milli yığmasına qələbə arzu etməsi ilə bağlı sosial şəbəkədə paylaşımına geniş yer ayırıb.

“TRT Haber” telekanalı Azərbaycanın dövlət başçısının “X” sosial şəbəkəsində paylaşımı haqqında xəbəri “Əliyev Türkiyənin milli yığma komandasını dəstəklədi. Yaşasın Türk dünyası!” sərlövhəsi altında təqdim edib.

“Haber Global” telekanalında isə Prezident İlham Əliyevin paylaşımı barədə xəbər “Azərbaycan Prezidenti İlham Əliyev Merih Demirala dəstəyini ifadə edib” başlığı ilə yayımlanıb. Telekanal Azərbaycanın dövlət başçısının sosial şəbəkədə yazdığı sözlərə istinad edib.

“TGRT Haber” telekanalı da Prezident İlham Əliyevin Türkiyənin futbol üzrə Avropa çempionatında iştirakı ilə bağlı paylaşımı haqqında öz tamaşaçılarına məlumat verib. “Azərbaycan Prezidenti İlham Əliyev milli yığma komandamızı dəstəklədi” sərlövhəli xəbərdə qeyd edilir ki, qardaş ölkənin lideri Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsində Türkiyə futbolçularına uğurlar arzu edib.

“Yeni Şafak” qəzeti isə Prezident İlham Əliyevin sosial şəbəkədə paylaşımını “Prezident İlham Əliyev UEFA-nın qərarını qətiyyətlə pislədi, Merihə verilən cəzanı ədalətsiz adlandırdı. Yaşasın Türk dünyası!” başlığı altında təqdim edib.

“Anadolu” informasiya agentliyi bu xəbəri öz abunəçiləri ilə “Azərbaycan Prezidenti Əliyev UEFA-nın Merih Demiral ilə bağlı qərarını pislədi” sərlövhəsi ilə paylaşıb.

Prezident İlham Əliyevin Türkiyə yığmasına dəstəyi ölkə mediasının diqqət mərkəzində olub (FOTO)