AZƏRBAYCAN PREZİDENTİNİN TAPŞIRIĞINA ƏSASƏN, TÜRKİYƏYƏ YOLA DÜŞƏCƏK FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN ÇEVİK QÜVVƏLƏRİNİN HAZIRLIQ İŞLƏRİNƏ BAŞLANILIB

Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.