AZƏRBAYCAN PREZİDENTİNİN KÖMƏKÇİSİ İRAN SƏFİRİ ILƏ GÖRÜŞÜB

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə H. Hacıyev “Twitter” hesabında paylaşım edib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, görüşdə ikitərəfli münasibətlər nəzərdən keçirilib.

Eyni zamanda, mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.