AZƏRBAYCAN PREZİDENTİNİN ADA UNİVERSİTETİNDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA SÖYLƏDİYİ FİKİRLƏR GÜRCÜSTAN MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏDİR

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda söylədiyi bəzi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

Aktual.ge, interpressnews.ge, 24news.ge, kavkasia.net informasiya portalları, 1tv.ge televiziyası Azərbaycan Prezidentinin çıxışından materiallar yayımlayıblar.

Azərbaycan, rus və gürcü dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin Ermənistanın pozuculuq fəaliyəti, Fransa Prezidenti Makronla görüşü, eləcə də Gürcüstanda 116 azərbaycandilli məktəbin fəaliyyət göstərdiyi halda İranda belə məktəblərin olmaması barədə fikirləri yer alıb.