
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri mayın 22-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Vilnüs Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola salıblar.

