AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏR EDİBLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfər edib.

Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və Birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.