AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUMINİYADA İŞGÜZAR SƏFƏRDƏDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfər edib.

Dövlətimizin başçısı “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçiriləcək plenar iclasda iştirak edəcək.