AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DAŞKƏNDDƏN ÜRGƏNC ŞƏHƏRİNƏ YOLA DÜŞÜB

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Daşkənddən Ürgənc şəhərinə yola düşüb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.