AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BOLQARISTANA RƏSMİ SƏFƏR EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfər edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Bolqarıstanın yüksəkvəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.