AZƏRBAYCAN PİLOTLARI “KİNG OF DRİFT”DƏ QALİBLƏR KÜRSÜSÜNDƏ YER ALIB

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “King of Drift” yarışında Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə təmsil olunan pilotlarımız 3 yer əldə ediblər.

5 mərhələdən ibarət yarışda Azərbaycan, Gürcüstan və Ermənistandan ümumilikdə 47 pilot yarışıb.

Yarışın ötən gün keçirilən 5-ci final mərhələsinə isə Azərbaycan və Gürcüstan pilotları çıxıb.

Azərbaycan pilotları 2, 3 və 4-cü yerləri əldə edərək yarışmanı tamamlayıblar. Beləliklə, yarışın ilk 3-lüyü:

1-ci yer – Mevlud Meladze

2-ci yer – Niyaz Bədiyev

3-cü yer – Fərid Quliyev

Qeyd edək ki, Azərbaycan Avtomobil Federasiyası müxtəlif növ avtomobil yarışları təşkil etməklə yanaşı, eyni zamanda peşəkar pilotlara təlimlərin təşkili və təbliğinə, həmçinin onların beynəlxalq yarışlarda iştirakına dəstək verir.