
Azərbaycan “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyanı qazanıb.
Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Komitənin atletika idman növü üzrə milli komandasının üzvü Orxan Aslanov Parisdə keçirilən dünya çempionatında uzunluğa tullanma növündə (T13 kateqoriyasında) 6,95 metr nəticə göstərərək dördüncü yerə sahib olub.
Qeyd edək ki, dünya çempionatında ilk dörd yerə sahib çıxan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.
