AZƏRBAYCAN PARATAEKVONDOÇULARI BEYNƏLXALQ TURNİRİ 3 MEDALLA BAŞA VURUBLAR

ranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosunun Prezidentinin Kuboku başa çatıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Azərbaycan yığması yarışda üç medal qazanıb.

K44 kateqoriyasında mübarizə aparan İmaməddin Xəlilov (70 kiloqram) gümüş, Sabir Zeynalov (58 kiloqram) və Şahmar Quliyev (+80 kiloqram) isə bürünc mükafatın sahibi olublar.

Qeyd edək ki, parataekvondo üzrə Azərbaycan yığmasının üç üzvü – İmaməddin Xəlilov, Sabir Zeynalov və Əbülfəz Abuzərli “Paris-2024” artıq Yay Paralimpiya Oyunlarına lisenziya qazanıblar.