
Azərbaycan paraatleti Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən Qran-Pri turnirində daha bir qızıl medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsi xəbər verir ki, Paralimpiya çempionumuz 100 metr məsafəyə qaçış yarışlarında 12.45 saniyə nəticə göstərərək birinci olub.
Lamiyə Vəliyeva bu nəticə ilə iyulda Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.
Qeyd edək ki, paraatletimiz ötən gün 400 metr məsafəyə qaçış yarışlarda birinci olub və dünya çempionatına vəsiqə qazanıb.