AZƏRBAYCAN ORDUSUNUN ZABİTİ VƏFAT EDİB

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”,- deyə məlumatda qeyd edilib.