AZƏRBAYCAN ORDUSUNUN KƏLBƏCƏRDƏKİ MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.