AZƏRBAYCAN ORDUSUNUN BAŞ QƏRARGAH RƏİSİNİN İTALİYAYA RƏSMİ SƏFƏRİ BAŞLAYIB

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliya Respublikasına rəsmi səfəri başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək və müdafiə sənayesi şirkətini ziyarət edəcək.