AZƏRBAYCAN ORDUSUNUN BAŞ QƏRARGAH RƏİSİ İLƏ RUSİYANIN MÜDAFİƏ NAZİRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

Sentyabrın 15-də Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və digər məsələləri müzakirə ediblər.