AZƏRBAYCAN ORDUSUNDA YENİ TƏDRİS DÖVRÜ İLƏ ƏLAQƏDAR MƏŞQLƏR DAVAM EDİR

Yeni tədris dövrünün başlanması ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən yarış və məşqlər davam edir.

Müdafiə Nazirliyindən bildirilib ki, plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzləri və poliqonlara hərəkət edir.

Yarışların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.