AZƏRBAYCAN ORDUSUNDA MÜDDƏTDƏN ARTIQ HƏQİQİ HƏRBİ XİDMƏTƏ QƏBUL PROSESİ DAVAM EDİR

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu prosesi davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək qoşun növlərinin hərbi hissələrinin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Qəbul qaydaları barədə videoçarxda ətraflı məlumat verilib.