
2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros yarışları keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən 11 komanda üzrə 33 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıblar.
Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma və 3000 metr məsafəyə kros üzrə güclərini sınayıblar.
3-cü yerdə isə Hərbi Polis İdarəsinin komandaları qərarlaşıblar.
Yarışın sonunda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.
