AZƏRBAYCAN ORDUSUNA MƏXSUS İKİ ƏDƏD PİLOTSUZ UÇUŞ APARATININ VURULMASI BARƏDƏ MƏLUMAT YALANDIR – MN

Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu qarşı tərəfin növbəti dezinformasiyasıdır.