AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ANITQƏBRİ ZİYARƏT EDİB

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbiri ziyarət edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.

Səfər fevralın 2-dək davam edəcək.