CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 18-də 90,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 89,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 85,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 88,53 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel çoxdur.