AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ 88 DOLLARI ÖTÜB

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 12-də 88,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,57 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 87,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,55 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,53 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 86,53 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,88 dollar/barel çoxdur.